XOS GELMISNIZ
Loading...

KENDIMIZ HAQQINDA


Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunundaeyniadlı inzibati ərazi vahidində kənd.

Duz Qırıqlı oyk., mur. Gəncə-Qazax düzənliyindədir. Oykonim duz və Qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Donuk Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır  Tovuz rayonu Düz Qırıqlı kəndi Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. Kəndin ilk yerləşdiyi yerdə tarixi dəqiq bilinməyən məscid (hazırda yalnız divarları qalmaqdadır), qəbiristanlıq, "qırıq ocaq" adlı ziyarətgah var.

Kənd iki yerə bölünür: "Düz Qırıqlı" və "Dönük Qırıqlı" adlanan yaşayış məntəqələri.

Kənddə iki orta məktəb, xəstəxana, musiqi məktəbi, uşaq bağçası, mədəniyyət evi, poçt məntəqəsi, ATS, ticarət obyektleri, 200 ildən çox yaşı olan məscid, dəyirman, park, çörək sexləri, mebel sexi vardır.

Kənd əhalisinin sayı 7000 nəfərdir.


 

DUZ QIRIQLI
0507018434